Mikayıl Cabbarov direktor olmaq istəyənlərə yeni şərtləri açıqladı
12:00 19-01-2016
CƏMİYYƏT
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gəncə şəhəri, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonları üzrə ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edib.
"Unikal" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.
Təlimlər yalnız Gəncə şəhəri, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonları üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən təhsil işçilərini əhatə edəcək.
Təlimdə əhatə ediləcək mövzular:
- Təhsildə keyfiyyətin idarəedilməsi
- Təhsili idarəetmənin hüquqi əsasları
- Kompüter və təlim texnologiyaları
- Təhsildə statistika və təhlil
- Təhsilin idarəedilməsi və monitorinqi
- Təhsili idarəetmənin psixoloji əsasları
- Kurikulum: Nəzəriyyə və tətbiq
- Təhsildə maliyyənin idarəolunması
Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək.
Müsabiqədə iştirak üçün minimum tələblər:
- Ali pedaqoji təhsil
- 3 (üç) il pedaqoji iş təcrübəsi
Namizədlərdən gözlənilən digər keyfiyyətlər:
- Liderlik bacarığı
- Yüksək motivasiyalılıq
- Səmərəli qərar qəbuletmə bacarığı
- Nəticəyönümlülük
- İKT-dən istifadə bacarığı
- Məntiqi düşüncə bacarığı
Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər müraciət formasını (ƏLAVƏ) dolduraraq [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.
Müraciət üçün son tarix: 26 fevral 2016-sı il.
Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək.
1-ci mərhələdə namizədlər elektron poçt ünvanına ([email protected]) göndərəcəkləri müraciət forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Müsabiqənin nəticələrinə əsasən uğur qazanmış şəxslər təlimlərdə iştirak edəcəklər.
Təlimlərdə iştirak etmiş şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərmiş və hal-hazırda direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hal-hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq.
Hüseyn
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10