Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidan telefon danışığı aparıblar.
"Unikal" xəbər verir ki, nazirlər Ukraynadakı münaqişə ilə bağlı danışıqlar prosesini müzakirə ediblər.
Nazirlər müntəzəm təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.