İsrail Qəzza zolağına rəhbərlik etmək niyyətində deyil və əraziyə nəzarəti ərəb qüvvələrinə vermək istəyir.
"Unikal" xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu "Fox News" telekanalına müsahibəsində deyib:
"Biz Qəzzə zolağını idarə etmək istəmirik. Bizi təhdid etmədən və Qəzza xalqına yaxşı həyat təmin edərək onu düzgün şəkildə idarə edəcək ərəb qüvvələrinə təhvil vermək istəyirik".
Hökumət başçısı vurğulayıb ki, İsrail Qəzzanı əlində saxlamaq istəmir, lakin “təhlükəsizlik perimetri”ni təmin etmək niyyətindədir. Netanyahu əlavə edib ki, belə bir planın həyata keçirilməsi “Həmas dövründə mümkün deyil”.