Kamboca Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib.
"Unikal" xəbər verir ki, Nobel Komitəsinə müvafiq müraciəti ölkə hökumətinin başçısı Hun Manet göndərib. Məktubunda o, Kamboca və Tailand arasındakı mübahisənin həllində Trampın xidmətlərini qeyd edib, onun görkəmli diplomatik intuisiyasını və liderlik keyfiyyətlərini vurğulayıb.