Xalq artisti Flora Kərimova 75 yaşını qeyd edib.
Unikal.org-un Axşam.az-a istinadən məlumatına görə, şəhər restoranlarından birində baş tutan məclisə sənət aləminin tanınmış simaları, aparıcılar qatılıblar.
Təəssüratlarını bölüşən F.Kərimova illərdir ad günü etməməsindən, arzularından danışıb:
"İlk hədiyyəmi müğənni Aslan Hüseynov etdi. Mənə təbii mirvari dəst bağışladı. Təbriklərim 1 ay əvvəldən başlayıb. İlk təbriki övladlarımdan aldım. İllərdir ad günümü qeyd etmirəm.
Ağdamın işğal gününə düşdüyü üçün istəmirdim. Bu gün də ad günü etmirəm, yubileyimə görə dostlarımla bir araya yığışdıq. Məclisimə mədəni, bir üzü olanlar yığışdı.
Ən böyük arzum Qarabağı geri almağımız, qızımın övladını görməyimdi. Daha sonra isə oğlumun övladlarının toyunu görməyi Allah mənə nəsib etsin".