Əflatun Amaşov: "KİV DF-yə əlavə vəsaitin ayrılmasına ehtiyac var"
12:08 19-01-2016
CƏMİYYƏT
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun apa-ya müsahibə verib. Müsahibənin müəyyən hissəsini təqdim edirik.
Ə.Amaşov deyib ki, media cəmiyyətin formalaşmasında, müəyyən dəyərlər əldə etməsində mühüm missiya yerinə yetirir: "Media cəmiyyət üçün mühüm ictimai institutdur. Azərbaycanın dövlət müstəqilliyini əldə etməsində, eləcə də müstəqillik illərində bəzi yad təsirlərin uzaqlaşdırılmasında və digər bu sayaq proseslərdə jurnalistika özünü kifayət qədər mütəhərrik qüvvə kimi göstərib. Təbii, Azərbaycan dövlətinin siyasəti də hər zaman medianın cəmiyyətdəki rolunu vurğulayıb. Ümumən hüquqi dövlətdə qanunların aliliyinə nəzarət funksiyası zəruridir və bu zərurətin praktik dəyərləndirilməsi məhz media müstəvisində baş verir. Bütün bunlara görə də KİV-lərin fəaliyyətində hər hansı durğunluqların baş verməsi arzu edilən deyil və mövcud reallıq həm ictimai səviyyədə, həm də dövlət səviyyəsində kifayət qədər dərk edilir. Əlbəttə, bu durumda bir çox məsələlərin parlamentdə müzakirəyə çıxarılmasına ehtiyac duyuram. Söhbət media ilə bağlı düşübsə, mən konkret olaraq bir neçə cəhətə diqqət yetirmək istərdim. Məlumdur ki, hazırda aparıcı KİV-lər əsasən dövlət yardımından bəhrələnirlər. Bu yardım "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" əsasında həyata keçirilir. Konsepsiya kifayət qədər fundamental sənəddir. Düşünürəm ki, orada nəzərdə tutulan digər yardım formalarından da bəhrələnmək lazımdır. Bunun üçünsə dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna əlavə vəsaitin ayrılmasına ehtiyac var. Məsələnin parlament səviyyəsində qaldırılmasındakı motiv də budur. Dövlət dəstəyi prinsip etibarilə KİV-ləri bazar rəqabətinə hazırlamaq məqsədi daşıyır. Yəni o müəyyən dövr üçün nəzərdə tutulan fəaliyyət formasıdır. Əgər görünsə ki, KİV-lər özlərini iqtisadi cəhətdən maliyyələşdirməyi bacarırlar, o zaman dövlət dəstəyi də dayandırılacaq. Ancaq hələlik bu dəstəyə ehtiyac var. Həm bu ehtiyacı aradan qaldırmaq, həm də ümumən mövcud sahədə konkret faydalı mexanizm yaratmaq üçün reklam məsələsinə də önəm verilməlidir. Cənab Prezident yanvarın 10-da keçirdiyi müşavirədə ölkənin gələcək inkişafı baxımından çoxsaylı istiqamətlər göstərdi. Bunlardan biri də rəqabət mühitinin yaradılmasıdır. Ayrı-ayrı sahibkarlar arasında rəqabət mühiti də yaranarsa, mediaya ehtiyac daha çox duyular. KİV-lərdə reklamların sayı artar. Nəticə medianın gəlirlərinə də müsbət təsir göstərər".
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10
2024-12-23 13:01:36
2024-12-23 12:49:46