Fövqəladə Hallar Nazirliyi Bakıda gecə saatlarında çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.
Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda çoxmənzilli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb.
Yanğın zamanı binanın 8-ci mərtəbəsində yaşayan bir qadın azyaşlı övladı ilə tüstüdən zəhərlənib və yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Yanğın zamanı mənzillərdən 20 nəfər bina sakini təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi ilə yanğınsöndürənlər tərəfindən mənzillərdən çıxarılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.