Bu yaxınlarda 75 illik yubileyini qeyd edən xalq artisti Flora Kərimova doğum günündən sonra kameralar önünə keçib.
Unikal.org axsam.az-a istinad'n xəbər verir ki, xanım sənətçi yeni fotoları, sosial mediada onu təbrik edib xoş sözlər yazan milyonlarla sevənlərinə hədiyyə edib:
"Bu doğum günümdən sonra sizinlə birlikdə bir daha ad günü qeyd edə biləcəyimi bilmirəm. Bilmirəm də heç cənnət var, ya yoxdur və yaxud mən gələcəkdə harda olacağam? Təkcə onu bilirəm ki, xalqımın belə böyük sevgisinin əhatəsində olduqca özümü cənnətdə hiss edirəm.
Qeyd edək ki fotoçəkiliş fotoqraf Ruslan Teymurfulatov tərəfindən "Caspian Meida şirkətinin təşkilatçılığı ilə baş tutub. Çəkiliş zamanı sənətkar xanımın imici üzərində məhşur stilist Anar Ağakişiyev çalışıb.