Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gürcüstan vətəndaşlarının məhkəmə prosesi başa çatıb.
Unikal.org APA-ya istinadən bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Qvabtsa Salamaze 9 il, Qriqol Kuruşvili və Nika Bumbeyişvili hər biri 10 il müddətində azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Bakıda mənzillərdən oğurluq edən Gürcüstan vətəndaşları Qriqol Kuruşvili, Nika Bumbeyişvili və Qvabtsa Salamatze saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham irəli sürülüb.