Şirvan şəhərində güclü partlayışla müşaiət olunan yanğın baş verib.
Unikal.org bildirir ki, bu dəqiqələrdə musavat.com-a bununla bağlı məmlumat daxil olub.
Yerli sakinlərin bildirdiyinə görə, Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda dəhşətli partlayış olub.
Deyilənə görə bu zavodda silah-sursat istehsal olunur.
Sakinlərin bildirdiyinə görə, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Yaxın dəqiqələrdə həm hadisə ilə bağlı əlavə məlumat əldə etməyə çalışacağıq, həm də olaya aid video və foto görüntülər yayacağıq.
Xatırladaq ki, ötən il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika" zavodunda 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən partlayış baş vermişdi.
Partlayış baş verən hər iki zavod hərbi təyinatlıdı.
***
Müdafiə Sənayesi Nazirliyinin ümumi şöbəsinin rəisi Bəxtiyar Əsədov Ölkə.Az-a verdiyi açıqlamada bildirdi ki, nazirliyin Şirvandakı "Araz" zavodunda güclü partlayış verib.
"Partlayışın nə səbəbdən baş verdiyi hələlik məlum deyil. Araşdırma aparılır. Sosial şəbəkələrdə çoxlu sayda ölünün olduğu barədə gedən məlumatlar yalandır. Hazırda bununla bağlı da dəqiqləşdirmə aparıb rəsmi məlumat yayacağıq",- deyə nazirlik rəsmisi Ölkə.Az-ın müxbiri ilə söhbətində deyib.