Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Unikal orq xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" növbəti matçını keçirir. Ağdam təmsilçisi səfərdə Çexiyanın "Viktoriya" Plzen klubunun qonağıdır.

"Doosan Arena"da keçiriləcək "Viktoriya" Plzen - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:15-də başlayıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 2-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu

22:15 "Viktoriya" Plzen - "Qarabağ"

Baş hakim: Aleksandar Stavrev
Yan xətt hakimləri: Maryan Kirovski, Deyan Kostadinov
Dördüncü hakim: Dmitar Meçkarovski (hamısı Makedoniya)
UEFA nümayəndəsi: Reymond Ellinqem (İngiltərə)
Hakim-inspektor: Yonel Piskonu (Rumıniya)
Stadion: "Doosan Arena"