Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov Çeçenistanın ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirdə iştirak edəcək.
Unikal.org xəbər verir ki, turnir avqustun 23-də "Kolizey" idman sarayında keçiriləcək.
"WBC Muay Thai" versiyası üzrə dünya çempionu titulu uğrunda döyüşdə rəqibim məşhur rumın döyüşçü Katalin Moroşanu olacaq", - deyə Z.Səmədov bildirib.
O, hazırda yarışa ciddi hazırlaşdığını da sözlərinə əlavə edib.
"Hazırda Bolqarıstanda təlim-məşq toplanışındayam. Məşqlər təxminən üç həftə davam edəcək", - deyə idmançı vurğulayıb.
Onu da qeyd edək ki, hazırda Z.Səmədov "Axmat" kikboksinq klubuna rəhbərlik edir.
"Təlim-məşq toplanışında mənimlə klubun turnirdə yarışacaq bütün heyəti məşq edir", - deyə azərbaycanlı döyüşçü bildirib.