Gün ərzində saatlarla kompüter arxasında otururuq. Bundan ən çox zərər görən və yorulan orqan gözlərimiz olur. Gözləri dincəltməyin bir yolu idman hərəkətləridirsə, digər yolu da göz kompresidir.

Unikal.org lent.az-a istinadən göz dincəldən kompres reseptini təqdim edir.

Ərzaqlar:

1 çay qaşığı çobanyastığı

1 çay qaşığı yaşıl çay

2-3 damcı gül suyu

2 ədəd buz

1 stəkan su

Hazırlanması:

Yaşıl çay və çobanyastığını 1 stəkan qaynamış suda 5 dəqiqə saxlayın. İlıq olduqdan sonra süzüb içinə gül suyu və buz əlavə edin. Əldə etdiyiniz qarışıma makiyaj pambığını batırıb gözlərinizin üzərinə qoyun. 10-15 dəqiqə gözləyin. 15 dəqiqə sonra gözlərdəki rahatlığa inanmayacaqsınız.

Hər gün istifadə edə bilərsiniz.