Uzun müddət ərzində televizora baxan insanlarda ağciyər arteriyasının trombla tıxanması (tromboemboliya) riski artır. Bu ağır pozulma ölümə səbəb olur. 

Unikal.org saglamolun.az saytına istinadən bildirir ki, bunu Yaponiya alimləri aşkar edib. Araşdırmalar 20 ilə yaxın davam edib. Nəticədə məlum olub ki, gün ərzində 2,5 saatdan artıq televizora baxan insanlarda ağciyər arteriyasının trombla tıxanması riski 70% qədər çatır.

Tromboemboliyanın digər risk faktorları arasında: artıq çəki, şəkərli diabet, siqaret çəkmək və hipertoniya.

Alimlər daha az televizora baxmağı, televizora baxdıqda hər 1 saatdan bir qalxmağı və yüngül fiziki hərəkətləri etməyi tövsiyə edirlər.