ABŞ tarixində prezidentliyə namizədlər arasında Donald Tramp kimi səriştəsiz şəxs olmayıb.
Unikal.org-un CNN-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın vitse-prezidenti Co Bayden Filadelfiyada keçirilən Demokrat partiyasının qurultayında bəyan edib.
"İndiyədək prezident kürsüsünə iddialılardan Tramp kimi səriştəsizvə ölkəmizin təhlükəsizliyini təmin etməyə hazır olmayan bir şəxs olmayıb. Vətəndaşları İŞİD-lə qorxudan Tramp terrorçuların dini dözülməzlik taktikasından istifadə edir. Bəyanatları və hərəkətləri ilə bizim dəyərlərimizə xəyanət edən bu şəxssözün əsl mənasında ölkəmizin təhlükəsizliyini sarsıda bilər deyə C.Bayden bildirib.