Amerikalı televiziya ulduzu Conni Noksvil və dünya şöhrətli aktyor Ceki Çan "İz ilə getmək" adlı komediya filmində çəkiliblər.

Unikal.org AZƏRTAC-a istinadən bildirir ki, ekran əsəri qanunu pozan cinayətkarların cəzalandırılmasından bəhs edir. Noksvil filmdə Honkonqda gizlənən amerikalı cinayətkarı, Ceki Çan isə onu Makaoya çatdıracaq Çin polisini oynayır. Lakin Noksvil həbsə girmək istəmir və pasportunu yandırır. Qəhrəmanların yolu gözləmədikləri halda Monqolustana gedib çıxır.

Rejissoru Renni Harlin olan filmin premyerası avqustda keçiriləcək.