Türkiyədə baş verən hərbi çevrilişə cəhd hadisəsi bu ölkədə idman camiyəsində də gərginlik yaratmaqda davam edir.
Unikal.org 1xəbər.com-a istinadən bildirir ki, hədəfdə yenə qardaş ölkənin basketbol üzrə milli komandasının üzvü Enes Kanterdir.
Fətullah Gülən tərəfdarı olaraq tanınan 24 yaşlı oyunçu Tvitter-dəki qalmaqallı paylaşımı ilə yenidən gündəmə gəlib. Hazırda Amerika Birləşmiş Ştatlarının (ABŞ) "Oklahoma-Siti Tander" klubunda çıxış edən basketbolçu Gülənə olan sevgisini açıq-aşkar etiraf edib. Bu səbəbdən tez-tez tənqidlərə tuş gələn, hətta ölümlə hədələnən Kanter Tvitter-də Gülənin şəklini paylaşıb. O, həmin fotoya "Seviyorummm Ulleeeenn" yazıb və bir dənən də ürək işarəsi qoyub.
Qeyd edək ki, Türkiyədə baş verən hadisələrdə hazırda ABŞ-da yaşayan "Nurçular"ın lideri Fətullah Gülənin əli olduğu deyilir.