Rusiya baş naziri Dmitri Medvedyev Federal Gömrük Xidmətinin rəisi Andrey Belyaninovun işdən azad edilməsinə dair sərəncam verib.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, bu haqda hökumətin rəsmi saytı deyir.
İyulun 27-də Rusiya İstintaq Komitəsinin müstəntiqləri Belyaninovun malikanəsində axtarış aparmışdılar və dəbdəbəli malikanədən içərisi dollar, avro bağlamaları ilə dolu ayaqqabı qutuları çıxmışdı. Baş gömrükçünün evindən çıxan pulların ümumi məbləği rublla 100 milyondan çox idi. Belyaninov isə bu pulları "ailə üzvlərinin qənaət edib yığdığını" demişdi.
Xəbərlərə görə, baş gömrükçünün evindən habelə 1.2 kiloqramlıq külçə qızıl da tapılıb. Belyaninovun evində axtarış Rusiya gömrüyündə qaçaqmalçılıqla mübarizə çərçivəsində qaldırılmış cinayət işi çərçivəsində aparılıb.