İyulun 28-də UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin oyunları start götürüb.
Unikal.org-un məlumatına görə, turnirdə təmsilçimiz "Qəbələ səfərdə Fransanın "Lill komandası ilə qarşılaşıb.
"Metropol Arenada oynanılan matçın 13-cü dəqiqəsində "Qəbələ hesabı açıb. Komandanın heyətində Vitali Vernidub fərqlənib - 1:0.
47-ci dəqiqədə "Lillin futbolçusu Mendes hesabı bərabərləşdirib - 1:1. Matç elə bu hesabla başa çatıb.
Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.