ABŞ hərbçiləri İraq və Suriyada 2015-ci ilin iyulundan 2016-cı ilin aprelinədək "Əl Qaidə və İŞİD terror qruplaşmalarının mövqelərinə endirilən aviazərbələr nəticəsində 14 dinc sakinin öldüyünü etiraf ediblər.
Unikal.org-un "Reutersə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının məlumatında bildirilir.Məlumata görə, insidentlər nəticəsində 1 nəfər yaralanıb.
ABŞ ordusunun komandanlığı dinc sakinlərin qəsdən öldürülmədiyini qeyd edərək, insidentlərdən çox təəssüfləndiyini bildirib və ölənlərin yaxınlarına başsağlığı verib.