Bakıda intihar hadisəsi baş verib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, iyulun 20-də Suraxanı qəsəbəsində Bakı şəhər sakini 1986-ci il təvəllüdlü Şükürova Sevil Ağa Murtuza Qəhrəmanovun 104 saylı xətt üzrə idarə etdiyi "İsuzu markalı avtobusdan özünü atıb. O, avtobus hərəkətdə olarkən açıq qalmış qapıdan özünü atıb. Ağır xəsarətlər alan qadın 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, S.Şükürova iyulun 28-də ölüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır.
30 yaşlı qızın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Qeyd edək ki, S.Şükürova subay olub.