Bakıdakı tanınmış "Aşurbəy məscidinin("Ləzgi məscidi)fəaliyyətikütləvi ibadət üçün dayandırılıb.

Unikal.org xəbər verir ki, məsciddən apa-ya bildiriblər ki, buna səbəb kimi məscidin təmirə dayandırılması göstərilib. Qeyd olunubki, məscid fəaliyyətini təmir məqsədi ilə müəyyən müddətə dayandırıb.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bununla bağlı xəbərdar olduqlarını bildirsələr də, məscidin İçəri Şəhər Dövlət Qoruğu idarəsinin nəzdində və nəzarətində olduğunu bildiriblər.

Qeyd edək ki, "Aşurbəy məscidi ilə bağlı Azərbaycandan Suriyaya döyüşməyə gedənlərə dəstək verilməsi iddiaları var.