Xalq artisti, aktyor Arif Quliyevə həyat yoldaşının xarici ölkələrin birində müalicəsi üçün pul lazımdır.
Unikal.org xəbər verir ki, Publika.az-a açıqlama verən aktyor bu məqsədlə solo-layihəsini təqdim etmək niyyətindədir:
"İstəyirəm rayonlarda solo-layihə təqdim edim. Səhnəciklərlə çıxış edib, bilet satışından əldə olunan pulları toplayıb xanımımı xarici ölkələrin birinə müalicəyə aparmaq niyyətindəyəm.
Ya İran, ya Türkiyə, fərqi yoxdur. Əsas olan puldur. Yoldaşım qaraciyər serrozundan əziyyət çəkir, indi də yataqdadır, müalicə alır. Bir balaca dirçəlsə, mən də pul tapsam, müalicəyə aparacam. Həddən artıq çox pul lazımdır. Bilmirəm, bu vəsaiti toplaya biləcəm, ya yox".