Azərbaycanda məhkum xəstəlikdən ölüb.

Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. 

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək azadlıqdan məhrum edilmiş, 1978-ci il təvəllüdlü Elşən Ramazan oğlu Əliyev saxlanıldığı müəssisədə vəfat edib. Onun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.