Bu il Türkiyədə 30 Avqust Zəfər Bayramı qeyd edilməyəcək.
Unikal.org-un NTV-yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin müdafiə naziri Fikri İşıq bildirib.
"Fövqəladə bir müddətdən keçirik. Bu il 30 Avqustda bayram mərasimləri keçirilməyəcək. Xalqımızın yaşadığı son sarsıntılardan sonra hərbi paradın keçirilməsi doğru deyil, deyə Fikri İşıq bildirib.
Əldə edilən məlumatlara görə, avqustun 30-da ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan, Müdafiə naziri Fikri İşıq və yüksək rütbəli hərbçilər ənənəvi olaraq "Anıtkabir"-iziyarət edəcəklər.