Göyçayda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org lent.az-a istinadən bildirir ki, Göyçay şəhərinin Heydər Əliyev prospektində "VAZ 2109" markalı, 10 CC 539 dövlət qeydiyyat nişanlı avtomobil 81 yaşlı qadını vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.