49 illik ömrünün 22 ilini həbsdə keçirən şəxs saxlanılıb.
Unikal.org Region TV-yə istinadənxəbər verir ki, 22 il məhkumluq həyatı yaşayıb. Amma bu, ona dərs olmayıb. Yenə də cinayət törədib və azadlığından olacaq.
Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edən vətəndaş Ruslan Mehdiyev yaşadığı Xırdalan şəhərində ona məxsus evdən oğurluq olunması barədə məlumat verib. Fərdi yaşayış evinə baxış keçirən polis əməkdaşları oradan vətəndaşa məxsus 4000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını müəyyən ediblər.
Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 49 yaşlı Oqtay Ağabalayev saxlanılıb.
22 il məhkumluq həyatı yaşayan Ağabalayev törətdiyi əməli etiraf edib: "Mən bu yolun yolçusu olmamışam. Sataşıblar mənə, vurmuşam, gedib yatmışam. Əsgərlikdə söyüblər məni, vumuşam, gedib yatmışam. Bir dəfə evdəkilər məni tutdurublar, 5 aylıq. Mənə borcu olan adam pulumu verməyib, telefonunu əlindən almışam, onu oğurluq sayıblar".
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.