Sumqayıt şəhərində azyaşlının içində siçan leşi çıxmış uşaq qidasından zəhərlənməsi faktı ilə redaksiyamıza xəbər daxil olub.
Unikal.org bizimyol.info-ya istinadən bildirir ki, azyaşlı içərisində siçan leşi çıxan "Heinz" uşaq qidasından zəhərlənib.
Zəhərlənən uşaq xəstəxanada müalicə aldıqdan sonra evə buraxılıb, hazırda da heç bir problemi yoxdur. Hazırda uşağın səhhəti yaxşıdır.
Azyaşlının valideyni məsələ ilə bağlı müvafiq dövlət təşkilatlarına müraciət edib. Müraciətə cavab belə olub ki, iki il ərzində sahibkarların yoxlanılması qadağan olunub.