Ağır atletika üzrə Qazaxıstan millisi Olimpiya Oyunlarında iştirak etmək məqsədilə Rio-de-Janeyroya yollanıb.
Unikal.org xəbər verir ki, bu barədə azvision.az qazax KİV-nə stinadən xəbər verir.
Qeyd edək ki, həmyerlimiz olan Nicat Rəhimov Azərbaycan Ağır Atletika Federasiyasında bəzi problemlərlə qarşılaşıb ölkəsini tərk edib.
Bir neçə gün öncə azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşüb. Görüş ölkə rəhbərinin Rio Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançıların qəbulu zamanı baş tutub.
Nazarbayev Olimpiadada iştirak hüququ qazanan 102 idmançıdan 35-ni qəbul edib. Bu atletlər sırasında Azərbaycan yığmasından imtina edərək Qazaxıstan millisini seçən dünya çempionu Rəhimov da olub. Prezident yığmada yer alan idmançılara inandığını vurğulayaraq, onlara uğurlar arzulayıb.
Xatırladaq ki, Azərbaycan Ağır Atletika milli komandasının sabiq bolqar baş məşqçisiZlatan Vanevlə problemlər yaşadığına görə, Nicat Rəhimov yığmamızı tərk edib. İki illik diskvalifikasiyadan sonra Qazaxıstan yığmasının şərəfini qoruyan Rəhimov bu ölkənin idmançısı kimi ötən il ABŞ-ın Hyuston şəhərində dünya çempionu olub. 11 gündən sonra 23 yaşını qeyd edəcək Nicatdan Olimpiadada da medal gözlənilir.