Ağcabədi rayonunda vətəndaşa məxsus ev yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 169 m² olan birmərtəbəli, 3 otaqlı evin çardağının yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.