Bu gün Nizami Kino Mərkəzində Milli Kino Günü qeyd edilib.
Kuliz.Azın xəbərinə görə, tanınmış sənət adamlarının və media nümayəndələrinin qatıldığı tədbir milli kinoyla bağlı hazırlanmış qısa videoçarxla başlayıb. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kinematoqrafçıları milli kimomuzun 118-ci ildönümü münasibəti ilə təbrik edərək, son illər kinematoqrafiya sahəsində əldə olunan uğurlardan danışıb. O, ölkə başçısının müvafiq sərəncamı ilə fəxri adlara layiq görülən kino işçilərini də təbrik edib.
Nazirliyin sektor müdiri Yusif Şeyxov bu il kino sahəsində fərqlənən kino işçilərinə pul mükafatları təqdim edib. Eyni zamanda, "Azanfilm studiyasının keçirdiyi çizgi filmlərinin ssenarisi müsabiqəsibəsinin qalibi bəlli olub. Bu yerə yazıçı Sevinc Nuruqızı layiq görülüb.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalqa artisti Şərfiqə Məmmədova çıxışında rəhbərlik etdiyi qurumun ənənəvi illik mükafatının bu il qocaman rejissor Eldar Quliyevə verildiyini bildirib. Sonra ilin yubilyarları haqqında danışaraq onları təbrik edib, ad günlərində xüsusi mükafatlara layiq görüldüklərini söyləyib. Yubilyarlarla yanaşı kino veteranlarını da yada salaraq onların heç vaxt unudulmadığını, həmişə diqqətdə saxlandığını qeyd edib.
Kinoşünas, rejissor Ayaz Salayev nazirliyin dəstəyi ilə həyata keçirdiyi "Qarbağın həsrət salmnaməsi adlı internet layihəsindən danışıb. Çıxışdan sonra layihənin bir neçə videoçarxı nümayiş olunub.
Sonda C.Cabbarlı adına "Azərbaycanfilm kinostudiyasının istehsalı olan 4 qısametrajlı filmin təqdimat olub. Filmlərin nümayişindən əvvəl yaradıcı heyət səhnəyə çıxaraq ürək sözlərini və təəssüratlarını bölüb.
Milli Kino Günü "Qara bağ, "Hədiyyə, "Onun atası və "Postskriptum filmlərinin nümayişi ilə başa çatıb.