Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının girişində 1 ədəd elektrik lövhəsi yanıb.

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı mənzillərdən 25 nəfər bina sakini təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi ilə yanğınsöndürənlər tərəfindən mənzillərdən çıxarılıb.

Mənzillər yanğından mühafizə olunub.