Türkiyə Futbol Federasiyası çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində 94 əməkdaşının işindən kənarlaşdırıldığını bildirib. Unikal.org-un xəbərinə görə, bu barədəqurumun məlumatında bildirilir.
"Türkiyə Futbol Federasiyası hakimlər, onların müavinləri, Regional Hakimlər Komitəsinin üzvləri və müşahidəçilər daxil olmaqla, ümumilikdə 94 əməkdaşını işindən kənarlaşdırıb, - deyə qurumun məlumatında bildirilir.
Bundan əvvəl Türkiyənin baş naziri Binəli Yıldırım ölkədə hərbi çevriliş cəhdindən sonra 58 611 nəfərin işindən kənarlaşdırıldığını və 3 499 nəfərin istefaya göndərildiyini bildirib.