Bu gün Bakının Yeni Yasamal ərazisində yeni istifadəyə verilən hündürmərtəbəli yaşayış binasında yanğın baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət daxil olub.
Unikal.org xəbər verir ki, FHN-nin 9-a yaxın yanğın söndürən maşını hadisə yerinə cəlb edilib. Binaların sıx və yöndəmsiz tikilməsi FHN əməkdaşlarının işini bir xeyli çətinləşdirib. Amma buna baxmayaraq, hadisə yerinə gələn FHN əməkdaşları binanın hansı istiqamətdə yağının olmasını müəyyənləşdirə bilməyiblər. Bina sakinləri arasında ciddi təşviş yaşanıb.
15-20 dəqiqəlik araşdırmadan sonra məlum oldu ki, binanın 9-cu mərtəbəsində hadisə mənzilin mətbəx hissəsində baş verib. Yanğın ölçüsü kiçik olduğundan FHN əməkdaşları hadisə yerinə gəlincə, binanın mühafizə xidmətinin əməkdaşlarının köməkliyi ilə söndürülüb.
FHN əməkdaşı bildirib ki, yağının ölçüsündən aslı olayaraq əgər hündür mərtəbəli binada yağınla bağlı, təmsil etdiyimiz quruma müraciət daxil olursa, dərhal həmin rayon üzrə bütün yağın söndürən birqadasına həyacan siqnalı verilir. Bu günki hadisənin də ciddi olmasına baxmayaraq FHN əməkdaşları lazım olan briqadanı hadisə yerinə cəlb edib.