Bakıda avtomobil qəzası nəticəsində Türkiyə vətəndaşı ölüb.

Unikal.org DİN-in saytına istinadən bildirir ki, hadisə avqustun 2-də saat 17 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində qeydə alınıb.

Türkiyə vətəndaşı Aydın Celal Mustafa idarə etdiyi "Audi" markalı avtomobili qarşıda gedən Hacıqabul rayon sakini Ramil Dəmirovun idarə etdiyi "KamAZ" markalı avtomobilə vurub. Xəstəxanaya yerləşdirilmiş Aydın Celal Mustafa orada ölüb.
Baş Dövlət Yol Polis İdarəsi faktla bağlı araşdırma aparır.