Bakıda ağır yol qəzası baş verib.

Unikal.org lent.az-a istinadən bildirir ki, Yasamal rayonu ərazisində, Tbilisi prospektində "Mercedes" markalı 90 DR 880 dövlət qeydiyyat nişanlı avtomobil maneəyə çırpılıb. Nəticədə avtomobildə olan qadınlardan biri ölüb, digəri isə yaralanıb.

Bildirilir ki, ölən qadının 28, xəsarət alanın isə 31 yaşı var.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.