Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu bu gün qatıldığı bir cənazə namazı zamanı bir nəfər tərəfindən təhdid edilib.

Unikal.org xəbər verir ki, bu gün türkiyə vaxtı ilə saat 13:15 radələrində Fatih Cami məscidinə namaz qılmağa gələn Davudoğlu bir kişi tərəfindən ölümlə təhdid edildib. Həmin şəxs Davudoğluna yaxınlaşaraq onu öldürəcəyini söyləyib. Maraqlıdır ki, həmin şəxs Davudoğluna çox mehriban şəkildə yanaşıb və hətta əlini sıxıb.

"İndi sən məni öldür, yoxsa mən səni öldürəcəm"- deyən adam anında Davudoğlunun mühafizəçiləri tərəfindən zərərsizləşdirlib. Şübhəli şəxs polisə təhvil verilib.

Davutoğlu-™na yaklaşıp ölümle tehdit eden bir kişi gözaltında