Şəkidə baş verən yol qəzası avtomobilin yanması ilə nəticələnib.

Unikal.org Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, bu gün saat 15:00 radələrində şəhərin Salman Mümtaz küçəsində, Məhkəmə Kompleksinin qarşısında "Opel Astra" markalı avtomobil yanıb.

İbrahimov Elçin Səfərəli oğluna məxsus minik maşınının yanmasına səbəb isə onun Kiş kənd sakini Məhərrəmov Sayıq Xanlar oğlunun idarə etdiyi "Qaz - 66" markalı yük avtomobili ilə toqquşması olub. Hadisə yerinə Şəki Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb olunub və yanğının qarşısı alınıb. Xoşbəxtlikdən qəza və yanğın xəsarətsiz ötüşüb.

Fakt araşdırılır.