"İnter" növbəti transferini reallaşdırıb.
Unikal.org Goal.az-a istinadən xəbər verir ki, "nerazzurri" "Lazio"dan Antonio Kandrevanı rənglərinə bağlayıb. İtaliyalı yarımmüdafiəçi ilə imzalanan müqavilə 2020-ci ilə kimi nəzərdə tutulub. 29 yaşlı futbolçu 87 nömrəli forma ilə çıxış edəcək. Onun transferinə 25 milyon avronun xərcləndiyi ehtimal olunur.
"Baş məşqçi ilə danışacam. İdman direktoru Pietro Auzilio ilə danışmışam. Ümid edirəm uğur qazana biləcəyik", - Kandreva müqavilə imzalayandan sonra qeyd edib.
O, 2013-cü ildən "Lazio"da çıxış edirdi. Roma klubunda 192 oyuna çıxan yarımmüdafiəçi 45 qol və eyni sayda məhsuldar ötürmənin müəllifi olmuşdu. Kandreva karyerası ərzində "Cezena", "Parma", "Yuventus", "Liverno", "Udinese"nin də formansını geyinib.