Gürcüstanın Dmanisi bölgəsində zəlzələ qeydə alınıb. Unikal.org-un məlumatına görə, zəlzələnin baş verməsi barədə İlya Dövlət Universitetinin Seysmoloji Monitorinq Mərkəzi məlumat verib.
Məlumatda qeyd olunub ki, zələlənin episentri Tiflisdən 61 km aralı, Dmanisinin qərbində yerləşən Söyüdlü kəndindən 4 km aralıda qeydə alınıb.
Zəlzələnin maqniturası 3.1 olub. Qeyd edək ki, bu, azərbaycanlıların kompakt yaşadığı Söyüdlü kəndində son günlər qeydə alınmış 3-cü zəlzələdir.