"Trabzonsporun yeni transferi Ramil Şeydayevin Azərbaycan yığmasında oynayıb-oynamayacağına aydınlıq gəlib.
Unikal.org-un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, FİFA bununla bağlı qərar qəbul edib.
Ali futbol qurumu AFFA-nın məsələ ilə bağlı ona ünvanladığı məktubu cavablandırıb. FİFA-nın Oyunçuların Statusu Komitəsi Ramil Şeydayevlə bağlı qəbul etdiyi qərara əsasən, AFFA və Şeydayevin assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunub. Bu qərar tərəflərə göndərilən tarixdən etibarən Şeydayevin Azərbaycan milli komandasında çıxış etməsinə icazə verilib. FİFA bu barədə UEFA və Rusiya Futbol İttifaqını da məlumatlandırıb.
Eyni sözlər Emin Mahmudov üçün də keçərlidi. Portuqaliyanın "Boavişta klubuna yenicə transfer edilən Mahmudovun da Azərbaycan yığmasında oynamasına icazə verilib.