Aktyor Müşviq Şahverdiyev evlənə bilməməkdən gileylənib.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, yumor ustası bu haqda aparıcısı olduğu "Bərk gedən verilişində danışıb.
O, qonağı olan rəqqasə Oksana Rəsulovanın "Niyə evlənmirsən? Qoy, valideynlərin sənin üçün qız tapsın sözlərinə belə cavab verib:
"Kimisə tapıram, amma sonra görürəm ki, xasiyyətimiz uyğun gəlmir. Valideynlər isə gedir evlənmək üçün mənə 13-14 yaşında qızlar tapır. 33 yaşım var, mən onlarla necə uyğunlaşım? Gərək insanın xasiyyəti uyğun gəlsin.