Unikal.org-un Rusiya mətbuatına istinadən xəbərinə görə, lüt şəkillər çəkdirən model açıq-saçıq müsahibəsiylə də gündəmə gəlib.
Karanın anası narkotik maddə aludəçisi olub. O, uzun müddət xəstəxanada qalıb, müalicə alıb. Həmin ərəfədə isə qızı ilə görüşməyib. O ərəfədə tez-tez depressiyaya düşən Kara onunla necə mübarizə aparmasından danışıb:
"Həyatımda heç nəyi idarə edə bilmirdim. Bu məni aclıq aksiyası keçirməyə qədər gətirib çıxarmışdı. Hamıya dedim ki, anamın yerini bilməyənə qədər yemək yeməyəcəyəm.
İlk dəfə 16 yaşımda depressiyaya düşdüm. Özümü güclü göstərməyə çalışırdım. Uşaqlıqdan düşünürdüm ki, mən güclü qız olmalıyam. Axı mənim anam zəif idi. Məktəbdə yaxşı oxuyurdum, bunu özüm yox, valideynlərim üçün edirdim.
Sonuncu dəfə depressiyaya düşəndə bilirdim ki, xoşbəxt qızam, amma mən ölmək istəyirdim. Özümə nifrət edirdim. Yaşamaq istəmirdim, istəyirdim bədənimin bütün hüceyrələri məhv olsun.
16 yaşımdan 18-ə qədər olan ərəfədə həyatımda çox şey dəyişdi. Bakirəliyimi itirdim, çoxlu gülüb, çoxlu ağlayırdım. Həyatı yenidən dərk edirdim, amma yenə də depressiyada idim".