Rio-de- Janeyroda XXXI Yay Olimpiya Oyunlarında ilk dünya rekorduna imza atılıb.
Unikal.org-un məlumatına görə, kişilər arasında oxatma üzrə yarışlarda Çin idmançısı Kim Vu Cin 720 mümkün xaldan 700-ü toplayaraq bundan əvvəlki rekordu 1 xal üstələyib.
Kvalifikasiya yarışlarında ikinci yeri Bredi Ellison (ABŞ), üçüncü yeri isə David Paskualuççi tutub (İtaliya).