Məşhur repçi Snup Doqun Nyu Cersi ştatının Kamden şəhərindəki konsertində dəmir barmaqlıqlar tamaşaçıların üzərinə aşıb.
Unikal.org axsham.az-a istinadən xəbər verir ki,hadisədən sonra böyük izdiham yaşanıb və bu zaman 42 nəfər xəsarət alıb.
Yaralılar yaxınlıqdakı 5 xəstəxanaya yerləşdirilib. Gözlənilməz hadisə səbəbindən konsert yarımçıq dayandırılıb.