Mingəçevir şəhərində yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 57 m² olan 3 otaqlı mənzildə baş verib.

Nəticədə mətbəxin yanar konstruksiyaları və məxbəx əşyaları 12 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.