İmişli rayonunda yanğın hadisəsi qeydə alınıb. Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın "Azərişıq "ASC"-yə məxsus ümumi sahəsi 10 m² olan vaqon tipli gözətçi otağında baş verib.

Nəticədə otağın üzlüyü 2 m² sahədə, içərsində televizor və kondisioner gismən yanıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.