Lerikdə yol-nəqliyyat hadisəsi baş verib. Unikal.org-un məlumatına görə, hadisə ötən gecə rayonunun Piran kəndi ərazisində qeydə alınıb.
Yük maşını aşaraq bir gün əvvəl nasazlıq səbəbindən alt yolda dayanmış digər yük maşınının üstünə düşüb və onu oksigen balonlarının mühafizə olunduğu anbara tərəf aşırıb.
Nəticədə təhlükəli vəziyyət yaranıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Hazırda qəza şəraiti qiymətləndirilməklə, maşınların anbardan uzaqlaşdırılması istiqamətində tədbirlər görülür.