Azərbaycan tankçıları "Beynəlxalq Ordu Oyunları - 2016" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" yarışlarına qatılıblar.

Unikal.org-un Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, bu gün müsabiqələrdə iştirak edən tankçılarımız bütün hədəfləri məhv edərək yarımfinala vəsiqə qazanıblar.