"Samanyolu" telekanalının idarə heyətinin keçmiş rəhbəri Ali Çelik oğulları və bacısı oğlu ilə birlikdə həbs edilib.
Unikal.org istinadən xəbər verir ki, Bolqarıstana gedən avtobus Ədirnədə gömrük
nəzarətindən keçərkən digər sərnişinlər kimi A.Çelik və onunla birgə
olan 3 nəfər enməyərək pasportlarını təqdim ediblər.
Yoxlama zamanı onların pasportlarındakı möhürün saxta olduğu məlum olub. Türkiyədən çıxmasına qadağa qoyulan A.Çelik və oğullar digər qohumu ilə birlikdə saxlanılaraq polisə təhvil verilib.
Qeyd edək ki, "Samanyolu" telekanalının fəaliyyətinə 15 iyul hadisələrindən sonra qadağa qoyulub.